İran: Norveç gəmisi Yəmən istehsalı olan raketlə vurulub
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Yəmən silahlı qüvvələrinin Norveç gəmisinin vurulmasında İran raketindən istifadəsi barədə iddiasına cavab olaraq İran Yəmənin Ənsarullah Hərəkatına heç bir silah vermədiyini elan edib.
İRNA-nın məlumatına əsasən, Amerikanın Associated Press xəbər agentliyi bu gün (11 iyul) Vaşinqton rəsmilərinə istinadən Yəmən Ənsarullah hərəkatının dekabr ayında Qırmızı dənizdə Norveç bayrağı altında üzən tankerə İran istehsalı olan raketdən istifadə etdiyini iddia edib. Amma Tehran bu iddiaları təkzib edir.
Məlumata görə İranın BMT-dəki nümayəndəliyi Yəmənin Norveç gəmisinə hücumunun İranın Nur raketi ilə həyata keçməsi iddiasına cavab olaraq bildirib: İran Ənsarullaha heç bir silah verməyib. Amma bizim onların öz daxili güclərinə arxalanaraq çoxlu hərbi imkanlar əldə etməsi barədə məlumatımız var.