Qəzza müharibəsi başlayandan 46 min İsrail şirkəti bağlandı
Sionist rejimin bir jurnalı 2023-cü il oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatı başladığından 46 mindən çox İsrail şirkətinin biznes fəaliyyətlərini dayandırdığından xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, “Maariv” jurnalı bu gün (11 iyul) son 35 ildə iflas ərəfəsində olan şirkətlərin hesabatı məşğul olan “Coface Bdi” dərc etdiyi statistikaya istinadən yazıb: Əl Əqsa Tufanı əməliyyatından sonra İsraildə minimum 46 min şirkət iş fəaliyyətini dayandırıb.
Bu statistikaya görə Qəzzada müharibənin sonuna qədər bağlanan şirkətlərin sayı 60 mindən çox şirkətə çata bilər.
Coface Bdi-nin icraçı direktoru Yael Amir deyib: Müharibə başlayandan bəri bağlanan şirkətlərin 77%-ni təşkil edən 35 min İsrail şirkəti bağlanıb. Hətta İsrail iqtisadiyyatının ən zəif və ən həssas hissələrinə aid olan kiçik şirkətlər belə müharibənin təsirlənib.
Bu hesabata görə Qəzza müharibəsindən ən çox zərər görən şirkətlər əsasən tikinti, keramika, havalandırma sistemləri və alüminium sənayesi sahələrində fəaliyyət göstərən aktiv şirkətlərdir.
Bununla yanaşı, ticarət sektorunda, xüsusilə geyim, ayaqqabı, mebel və məişət texnikası, əyləncə və nəqliyyat sektoru daxil olmaqla xidmət sektorunda fəaliyyət göstərən şirkətlər də fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar.
Sionist rejimin turizm sektoru da bu sahədə fəaliyyət göstərən şirkətlərin maliyyə itkisinə məruz qaldığı ticarət sektorlarından biridir.
Bu hesabatın açıqlanan statistikasına əsasən, tikinti sektoru 27%, xidmətlər 19%, sənaye və kənd təsərrüfatı sektoru 17%, ticarət 12%, qabaqcıl texnologiyalar 11%, qida və içki sənayesi 6% zərər çəkib.