Liberman: Biz ekzistensial böhran yaşayırıq

Liberman: Biz ekzistensial böhran yaşayırıq

İsrail rejiminin keçmiş müdafiə naziri Aviqdor Liberman bildirib ki, rejim yarandığı gündən bəri ən təhlükəli ekzistensial böhran yaşayır.

El Meyadin televiziyasının xəbərinə görə, radio proqramına qatılan keçmiş müdafiə və xarici işlər naziri Aviqdor Liberman İsrail rejiminin hazırda siyasi, təhlükəsizlik və iqtisadi böhranlar da daxil olmaqla çoxölçülü böhran yaşadığını bildirib.

“İsrail Evimiz” adlı müxalifət partiyasının da sədri olan parlament üzvü Aviqdor Liberman İsrailin 7 oktyabrdan sonra üzləşdiyi təhdidlərin mövcud olduğunu bildirib. 

İsrail rejiminin oktyabrın 7-dən bəri yanlış yola getdiyini və qəzaya səbəb olduğunu ifadə edən Liberman, İsrailə işarə edərək, “Üçüncü Məbədin dağıdılması yolundayıq” dedi.

Mövcud böhranı İsrailin yarandığı gündən bəri yaşadığı ciddi böhran olaraq xarakterizə edən Liberman hökuməti çoxölçülü böhran qarşısında problemləri idarə edə bilməməkdə günahlandırıb. 

Netanyahunun nəyi və necə idarə edəcəyini bilmədiyini deyən Liberman, Netanyahunu hərəkətə gətirən tək şeyin hakimiyyətdə qalmaq istəyi olduğunu vurğulayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − nine =