İraq İslami Müqaviməti: Eylat və Hayfanı hədəfə aldıq
İraq İslami Müqaviməti sionist rejimin Qəzzanın məzlum xalqına qarşı davam edən cinayətlərinə cavab olaraq işğal olunmuş Eylat və Hayfa şəhərlərini hədəf aldığını elan edib.
Təsnim Xəbər Agentliyinin məlumatınagörə, İraq İslami Müqaviməti bu gün (15 iyul) bəyanat yayaraq işğal altındakı Eylat və Hayfa limanlarını pilotsuz təyyarə və raketlərlə hədəfə aldıqlarını açıqlayıb.
Bu açıqlamada bildirilir ki, bu hücumda pilotsuz təyyarə ilə yanaşı, “Əl-Ərqeb” qanadlı raketdən də istifadə edilib.
İraq İslami Müqaviməti bu əməliyyatın sionist rejimin Qəzza zolağının məzlum xalqına qarşı davamlı təcavüzü və cinayətlərinə cavab olaraq həyata keçirildiyini bir daha vurğulayıb.