Məscidə hücumu İŞİD üzərinə götürdü
Omanın paytaxtı Maskat şəhərində İmam Əli məscidinə hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, iyulun 15-də həyata keçirilən terror hücumu nəticəsində 3 hücumçu, 5 mülki şəxs və 1 polis məmuru həlak olub, 29 nəfər yaralanıb.