Azərbaycanlı politoloq Şəhidlər Sərvərini unudulmaz varlıq adlandırdı

Azərbaycanlı politoloq Şəhidlər Sərvərini unudulmaz varlıq adlandırdı

Azər Rəşidoğlu: İmam Hüseyn (ə) zülmə qarşı bayraqdar olacaq

Azərbaycanlı politoloq Şəhidlər Sərvərini unudulmaz varlıq adlandırıb.

Azər Rəşidoğlu Aşura qiyamı ilə bağlı feysbuk statusunda yazır: “Kərbəlada baş verənləri unutdura bilmədilər, bilməyəcəklər. Hüseynin həqiqəti daima yaşayacaq. 1400 ildir unutdura bilmədilər, indi də unutdura bilməyəcəklər. Hüseyn zülmə qarşı bayraqdar olacaq. Onun mənasını dərk edənlər özləri də Hüseyn olacaqlar”.

Siyasi təhlilçi sonra Azərbaycan Respublikasında məhərrəmlik mərasimlərinə qoyulmuş müəyyən qadağalara toxunaraq qeyd edib: “Bu gün dükanlarda su və çörəyi ehsan kimi pulsuz payladılar. Minlərlə insan təziyyə saxladı, İmama sevgisini sivil yolla ifadə etdi. Unutdura bilmədiniz. Gənclər xüsusilə maraq göstərdi Kərbəlada baş verənlərə. Belə də davam edəcək, Allahın iznilə”.

Məlumat üçün bildirək ki, Azərbaycanın Daxili İşlər Nazirliyi uşaqların İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirakının guya sağlamlığı üçün təhlükə yaratdığını iddia edərək valideynlərə bu barədə xəbərdarlıq etmişdi. Məqsəd isə dini dəyərlərin yeni nəslə ötürülməsinin qarşısını almaq olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − five =