Yəmən Silahlı Qüvvələri: Təl-Əviv bundan sonra amanda deyil
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Təl-Əvivin (Yaffa) hazırda amanda olmadığını və ölkənin silahlarının əsas hədəfinin olduğunu açıqlayıb.
General-mayor Yəhya Sərii bu gün səhər saatlarında Təl-Əvivdə pilotsuz təyyarə əməliyyatına görə məsuliyyəti öz üzərinə götürən bəyanatda əlavə edib: “Yəmən Silahlı Qüvvələrinin pilotsuz təyyarə bölməsi İsrailin Təl-Əviv adlandırdığı işğal altındakı Yaffa bölgəsində mühüm hədəfə hücum edib.”
https://img9.irna.ir/d/r2/2024/07/19/0/171284178.mp4?ts=1721366828000
“Bu əməliyyat “Yaffa” adlı radardan qaçan pilotsuz təyyarə vasitəsilə həyata keçirilib və əvvəlcədən müəyyən edilmiş məqsədlərə uğurla nail olunub” – deyə, Sərii qeyd edib.
Yəhya Sərii vurğulayıb: “Yəmən Silahlı Qüvvələri işğal olunmuş Yaffa bölgəsini təhlükəli ərazi elan edir. Bu ərazi əsas hədəflərdən biridir və Yəmən silahlarının nişangahındadır. Öz səylərini sionist düşmənin dərinliklərini hədəf almağa yönəldir.”