Sionist rejim ordusunun sözçüsü: Təl-Əviv “Samad 3” pilotsuz təyyarəsi ilə vurulub
Sionist rejim ordusunun sözçüsü Daniel Hagari Təl-Əvivə hücumun Yəməndən “Samad 3” pilotsuz uçan aparatı tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Hagari Yəmən Silahlı Qüvvələrinin Təl-Əvivə pilotsuz təyyarə hücumundan bir neçə saat sonra deyib: “Ordunun qiymətləndirmələri göstərir ki, bu dron Yəməndən atılıb və dəniz yolu ilə Təl-Əvivə çatıb.”
O, əlavə edib: “Müdafiə sistemləri təhlükəsizliyi 100% təmin etmir və qarşıdakı günlərdə ordu aşkarlama, xəbərdarlıq və müdafiə sistemlərini təkmilləşdirmək üçün islahat aparacaq.”