İran səfiri: İsrailin Yəmənə təcavüzü beynəlxalq qanunların pozulması və regionun təhlükəsizliyinə təhdiddir

İran səfiri: İsrailin Yəmənə təcavüzü beynəlxalq qanunların pozulması və regionun təhlükəsizliyinə təhdiddir

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani deyib: “İsrailin Yəmənə qarşı qəsdən mülki və həyati infrastrukturu hədəf aldığı son təcavüzü beynəlxalq humanitar hüququ və BMT Nizamnaməsində əks olunmuş prinsipləri kobud şəkildə pozur, regional sülh və təhlükəsizliyə ciddi təhdid hesab edilir.”

İRNA müxbirinin verdiyi məlumata görə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bazar ertəsi Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında bildirib: “Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, xüsusilə də Təhlükəsizlik Şurası bu rejimi region xalqlarına və ölkələrinə qarşı təcavüzkar hərəkətlərinə, terror aktlarına son qoymağa məcbur edə bilmədi. Belə bir fakt çox narahat edicidir.”

“İran İslam Respublikası bu tüğyankar rejimin məsuliyyətə cəlb edilməsi üçün Təhlükəsizlik Şurasının təcili və qətiyyətli addım atmasının vacibliyini vurğulayır” – deyə, səfir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − nine =