Fələstin müqavimət qrupları yenə sionist əsgərlərə hücum etdi

Fələstin müqavimət qrupları yenə sionist əsgərlərə hücum etdi

Xəbər mənbələri Fələstin müqavimət qruplarının Qəzzə zolağında sionist ordusuna qarşı kütləvi hücumlarından xəbər verirlər.

İRNA-nın verdiyi xəbərə görə, Fələstinin Azadlıq Demokratik Cəbhəsinin hərbi qanadı Şəhid əl-Qasim qüvvələri sionistlərin bir şəxsi daşıyıcısını zirehli raketlə hədəfə aldıqlarını elan ediblər. Nəticədə Rəfəh şəhərinin Tel Sultan bölgəsi və bir sıra sionist əsgər yaralanıb.

Məlumata görə Əl Qasim qüvvələri və Sərəyal Qüds birgə minaatan əməliyyatında Netsarim bölgəsindəki düşmən qüvvələrini hədəfə alıblar.

Əl Qasim qüvvələri həmçinin Kisofim bölgəsindəki sionist bazasını hədəf aldığını elan ediblər.

Məlumatda əlavə olaraq deyilir: Fəth hərəkatının hərbi qolları Rəfah şəhərinin şərqində yerləşən münaqişələr zonasında sionist rejimin döyüş texnikasını hədəfə alıblar.

Əl-Məyadin müxbiri həmçinin Xan Yunisin şərqindəki Bəni Soheyla və Əl-Qərarə bölgələrində fələstinli döyüşçülərlə işğalçı qüvvələr arasında şiddətli toqquşmalardan xəbər verib.

O, həmçinin Netsarim oxunun yaxınlığında yerləşən Tel Əl Həvanın cənub-qərbində genişmiqyaslı münaqişə barədə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =