Sionistlər Hizbullahla müharibədən qorxur
Sionist rejim mediası və rəsmiləri işğal olunmuş Fələstinin şimalındakı xaotik vəziyyətə toxunaraq, Hizbullah baş katibinin sionnist qəsəbələrini hədəfə almaq vədinin yerinə yetirdini etiraf edirlər.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, sionist rejim mediaları ölkənin bir neçə böhranla mübarizə apardığı bir şəraitdə, xüsusən də Yəməndə əməliyyatların genişlənməsi, husilərə aid PUA-nın Tel Əvivin göbəyinə çatmasından sonra İsrailin şimal cəbhəsində tutduğu böyük böhrandan qorxmamasını tövsiyə ediblər.
İsrail ordusunun Hizbullaha qarşı hazırlığı hər gün azalması barədə məlumat verən “Maariv” qəzeti yazır: İsrail ordusu bir neçə cəbhədə müharibə vəziyyətindədir və hərbi qüvvələr yorğun olduqları üçün hazırlıqlı deyillər. Məhz elə bu səbəbdən də İsrailin siyasi rəhbərliyi bu məsələyə görə məsuliyyət daşıyır.
Qəzet daha sonra yazır: İsrail ordusu Şimal cəbhəsində hər gün Hizbullaha qarşı hazırlığını itirir, İsrail ordusunun hazırlığını itirməsi, təxminən 300 gündür davam edən Qəzza müharibəsi zamanı qüvvələrinin aşınması ilə bağlıdır.