Almaniya səfiri İran XİN-ə çağırılıb

Almaniya səfiri İran XİN-ə çağırılıb

Almaniyanın Tehrandakı səfiri Hans-Udo Mutzel İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb İranın Almaniyadakı mədəniyyət mərkəzinin bağlanmasıdır.

Bildirilib ki, bu addım insan hüquqlarının əsas prinsiplərinə ziddir və islamofobiyaya bariz nümunədir.

Xatırladaq ki, daha əvvəl Almaniya Daxili İşlər Nazirliyi İranın Hamburqdakı İslam Mədəniyyət Mərkəzini bağlayıb və əmlakını müsadirə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 3 =