HƏMAS: Beynəlxalq ictimaiyyət sionist rejimin təcavüzünün dayandırılması üçün əməli tədbirlər görməlidir

HƏMAS: Beynəlxalq ictimaiyyət sionist rejimin təcavüzünün dayandırılması üçün əməli tədbirlər görməlidir

HƏMAS sionist rejimin fələstinlilərə qarşı davam edən təcavüzünə toxunaraq, beynəlxalq ictimaiyyəti əməli tədbirlər görməyə çağırıb.

HƏMAS bu gün (çərşənbə) vurğulayıb ki, sionist rejimin Xan Yunisin şərqindəki yaşayış məhəllələrində dağıdıcı və mütəşəkkil əməliyyatlarının davam etdirilməsi soyqırımı və etnik təmizləmə cinayətinin davamıdır.

HƏMAS əlavə edib: “Beynəlxalq ictimaiyyət və BMT-dən istəyirik ki, təkcə bu cinayətləri pisləməklə kifayətlənməsinlər, həm də bu təcavüzləri dayandırmaq və sionist rejimin hərbi cinayətkarlarını mühakimə etmək üçün əməli tədbirlər görsünlər.”

Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyi sionist rejimin son 24 saat ərzində Qəzzə zolağında 3 qırğın törətdiyini, nəticədə 55 nəfərin şəhid olduğunu, 110 nəfərin isə yaralandığını açıqlayıb.

Bu açıqlamaya əsasən, bu şəhidlər də daxil olmaqla, Əl-Əqsa Tufanı əməliyyatının başlaması ilə eyni vaxtda, 7 oktyabr 2023-cü ildən Qəzzədə şəhidlərin sayı 39 min 145 nəfərə, yaralıların sayı isə 90 min 257 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + eleven =