Yəmən və Səudiyyə Ərəbistanı münasibətlərində dəyişiklik

İnformasiya qaynaqları Yəmən Milli Nicat Dövləti ilə Səudiyyə Ərəbistanı arasında humanitar və iqtisadi əlaqələron yarandığından xəbər verirlər.
İRNA-nın məlumatına əsasən, Yəmən Ənsarullah Hərəkatının rəsmi internet portalı bu gün (23 iyul) xəər verib: Səudiyyə Ərəbistanı ilə Yəmən Milli Nicat dövləti bir sıra bank əməliyyatlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəldi.
Məlumatda həmçinin deyilir: İki ölkə arasında hava yollarında uçuşların keçirilməsi barədə razılığa əsasən, gündəlik uçuşlardan əlavə həftədə 3 dəfə ehtiyac daxilində uçuş əlavə oluna bilər.
Həmçinin idarəetmə, texniki və iqtisadi zəminində fəaliyyət göstərən şirkətlərin tələbinə uyğun olaraq uçuşların artırılması da nəzərdə tutulur.