İstanbul sahilində partlayıcı maddələrlə dolu dəniz skuteri tapıldı: Ukraynaya aid olduğu deyilir

İstanbul sahilində partlayıcı maddələrlə dolu dəniz skuteri tapıldı: Ukraynaya aid olduğu deyilir

Türkiyənin İstanbul şəhərinin Çatalca rayonunda, dəniz sahilində içində partlayıcı maddələrin olduğu dəniz skuteri tapılıb.

Bu barədə Sizinyol İHA-ya istinadən bildirir.

Məlumata görə, skuter çimərlikdəki xilasedicilər tərəfindən aşkarlanıb və jandarma qruplarına məlumat verilib.

İlkin araşdırmalara görə, skuterin Ukrayna donanmasına aid olduğu və suyun axını ilə Çatalca sahilinə çatdığı ehtimal edilir.

Həmçinin onun içərisində partlayıcı maddənin olduğu da müəyyən edilib. İlkin yoxlamalar başa çatdıqdan sonra skuter cinayət təhqiqatının aparılması üçün hərbi baxış məntəqəsinə aparılacaq.

Tapılan skuterin üzərində çox sayda kamera, hərbi texnika və partlayıcıların olduğu görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 2 =