Hizbullahın sionist qəsəbələrinə ağır hücumları davam edir

Hizbullahın sionist qəsəbələrinə ağır hücumları davam edir

Hizbullah Hərəkatı sionist rejimin Livanın cənub kəndləri və Kəfərkala şəhərinə katyuşalarla hücumdan sonra düşmənin “Əz-Zaurah”dakı artilleriya mövqeyini hədəf aldığını elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Livanın İslam müqaviməti bu gün (27 iyul) katyuşa raketlərilə Məaliyah Golani kazarmasındakı “Harmon” ordusunun komanda qərargahını hədəfə alıb.

Məlumata görə müqavimət qrupları həmçinin Ramim kazarmalarına  Barkan raketləri ilə hücum ediblər.

Sionist mətbuatının bu barədə məlumatında deyilir: Hizbullahın pilotsuz təyyarələrinin sızması qorxusu səbəbindən İsba əl-Cəlildə yerləşən Kəfərblomda təhlükə siqnalları işə düşüb. “Kariat Şmoune” Hizbullah tərəfindən atılan raketlərin əksəriyyətinin hədəfi olub və işğal olunmuş ərazilərin şimal bölgələrindən bir neçə partlayış səsi eşidilib.

Bəzi sionist mənbələr Hizbullahın Kiryat Şmoune və ətraf ərazilərə hücumlarının davam etməsi və genişlənməsi barədə məlumat veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 12 =