Tehranın Beyrutdakı səfiri: İran həmişə regionda sülh və sabitlik tərəfdarıdır

Tehranın Beyrutdakı səfiri: İran həmişə regionda sülh və sabitlik tərəfdarıdır

İranın Beyrutdakı səfiri sionist rejimin Livana qarşı təhdidlərinə cavab olaraq Tehranın müharibə ardınca olmadığını, daim regionda sülh və sabitliyin tərəfdarı olduğunu vurğulayıb.

İRNA-nın verdiyi məlumata görə, Müctəba Əmani dünən axşam (27 iyul) deyib: Sionist düşmənin göstərdiyi şoudan asılı olmayaraq, İran İslam Respublikasının müharibəni genişləndirmək təhdidləri ilə bağlı mövqeyini belə yekunlaşdırmaq olar:

 1. Biz müharibə gözləmirik və güc tətbiqlərinə əsasən bunun baş vermə ehtimalı çox aşağıdır.

2. Biz müharibə ardınca deyilik. Çünki İran həmişə regionda gərginlik və münaqişələri azaltmağa çalışıb.

3. Biz müharibədən qorxmuruq və düşmənlərimiz sahib olduğuğumuz güc, ixtiyar və eləcə də müqavimətə qarşı göstərdiyimiz dəstəyi nəzərə alaraq nə edə biləcəyimizi təsəvvür etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 10 =