KİV: İsrail Colan təpələrinə hücumdan sonra Livanla genişmiqyaslı müharibə planlaşdırmır

KİV: İsrail Colan təpələrinə hücumdan sonra Livanla genişmiqyaslı müharibə planlaşdırmır

Colan təpələrinə son hücumdan sonra Livanda döyüşlərin intensivliyi qısa müddətə arta bilər, bununla belə, genişmiqyaslı müharibəyə transformasiya olmayacaq.

Bu barədə “Ynet” nəşri İsrailin yüksəkrütbəli rəsmilərinə istinadən məlumat yayıb.

“Bir neçə gün döyüş ola bilər. Söhbət indiyədək gördüyümüzdən fərqli olsa belə, məhdud zaman müddətindən gedir”, – nəşr rəsmilərdən birinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələrinin raket atəşinə tutulması nəticəsində 12 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =