İsrailin hərbi-siyasi kabineti Netanyahuya Livanla bağlı qərar vermək səlahiyyəti verib

İsrailin hərbi-siyasi kabineti Netanyahuya Livanla bağlı qərar vermək səlahiyyəti verib

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta 12 nəfərin həlak olduğu Colanın Məcdəl Şəms kəndinə endirilən zərbələrdən sonra Livana qarşı tədbirlərlə bağlı qərar vermək səlahiyyəti verilib.

Bu barədə hökumət başçısının aparatı siyasi-hərbi kabinetin iclasınin başa çatmasından sonra məlumat yayıb.

“Siyasi-hərbi kabinetin iclası başa çatıb. Nazirlər Kabinetinin üzvləri baş nazir və müdafiə nazirinə “Hizbullah” terror təşkilatına qarşı cavab tədbirinin metodu və vaxtı ilə bağlı qərar vermək səlahiyyəti veriblər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Netanyahu Livanla sərhəddə vəziyyətin pisləşməsi fonunda Tel-Əvivdə əsas nazirləri hərbi-siyasi kabinetin iclasına çağırmışdı. Bundan əvvəl o, kəşfiyyat və ordu rəhbərlərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 17 =