İngiltərə yepiskopu sionist rejiminin aparteid olduğunu dedi

İngiltərə yepiskopu sionist rejiminin aparteid olduğunu dedi

 Böyük Britaniyanın Qloster yepiskopu və bu ölkənin Lordlar Palatasının üzvü Cənubi Afrikanın keçmiş aparteid sistemi olduğu kimi sionist rejimin də irqçi bir rejim olduğunu bildirərək, yəhudi azlıqların qəzəbinə səbəb olub.

Əl Aləm telekanalının məlumatına əsasən, Rashel Trevik “The Telegraph”a deyib ki, o, tam sürətlə İsrailin fələstinlilərə münasibətini Cənubi Afrikadakı qaradərililərlə müqayisə edənlərin yanında olmaq istəyir.

Kenterberi arxiyepiskopu Castin Uelbi də İsraili fələstinlilərə qarşı “qanunsuz” və “sistemli” ayrı-seçkilikdə ittiham edib.

Trevik deyib: Keçmişdə Fələstin və İsraildəki vəziyyəti təsvir etmək üçün aparteid sözünü işlətməkdən çəkinirdim. Amma indi işğal olunmuş Fələstin ərazilərində həyatın necə olduğunu görəndən sonra bu rejimin aparteid olduğunu qətiyyətlə deyirəm.

Qeyd edək ki, bu ayın əvvəlində Haaqa Beynəlxalq Məhkəməsi İsrailin işğalçı rejiminin qəsəbəsalma siyasətinin “beynəlxalq hüququn pozulması” olduğunu vurğulayaraq, ölkələri İsrailin işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni mövcudluğunu tanımamağa çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − four =