Livandan işğal olunmuş Fələstinin şimalına raket yağışı
İsrail ordusu Livanın cənubundan işğal olunmuş Fələstinin şimalına 20 raket atıldığını təsdiqləyib.
İRNA-nın bu gün (29 iyul) verdiyi məlumata görə, bu raketlər işğal olunmuş Fələstinin şimalında yerləşən “Əl Cəliləl Ulya” bölgəsinə atılıb.
Bu xəbərdə hücumun mümkün itkiləri qeyd olunmayıb.
İRNA-nın məlumatına görə, ötən şənbə günü axşam saatlarında işğal olunmuş Colan təpələrindəki Məcdəl Şəms bölgəsi raketlə vurulub, nəticədə 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bu hücumdan sonra İsrail mediası və səlahiyyətliləri Livan Hizbullahını cinayətkar adlandırsalar da, Hizbullah açıqlamasında Məcdəl Şəms hücumu ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
Bəzi media qaynaqları işğal altındakı Qolanda Məcdəl Şəms qəzasının səbəbinin İsrail rejiminə məxsus zenit raketinin futbol stadionunu vurması olduğunu elan ediblər.