HƏMAS: Netanyahu yalan danışır və razılaşmaya əsas maneə odur!

HƏMAS: Netanyahu yalan danışır və razılaşmaya əsas maneə odur!

Həmas Roma görüşünə cavab olaraq bəyanat yayaraq Qəzza zolağında atəşkəs danışıqları ilə bağlı baş nazirin riyakarcasına razılaşmaya mane olduğunu elan edib.

Təsnim İnfromasiya Agentliyinin məlumatına əsasən, bir Həmas rəsmisi bu gün (30 iyul) deyib: İşğalçı rejimin baş naziri Benyamin Netanyahu bir daha gecikdirmə və razılığa gəlməkdən yayınma strategiyasına qayıtdığı aydın məsələdir.

HƏMAS hərəkatı siyasi bürosunun üzvü İzzət Əl Rişq deyib: Bütün bu iddialar absurd və əsassızdır. Çünki razılaşmanın qarşısını alan və həmişə bu yolda olan məhz elə Netanyahunun özüdür.

Əl Rişq həmçinin deyib: Vasitəçilər çox yaxşı bilirlər ki, HƏMAS razılığa gəlmək üçün can atır, TŞ-nin qətnaməsində deyilənləri və ABŞ prezidenti Co Baydenin atəşkəs, işğalçı ordunun Qəzza zolağından çıxarılması və əsirlərin mübadiləsi ilə bağlı çıxışında yer alan məqamları alqışlayır. Amma Netanyahunun mövqeyi əvvəlcədən bəlli idi.

Bu HƏMAS rəsmisi bildirib: Bütün dünya Netanyahunun İsrailin təklif etdiyi sənəddə belə yer almayan şərtlər irəli sürdüyünü, Roma görüşündə də eyni mövqeyin nümayiş etdirildiyinin şahididir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =