Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarında medal şansını itirib

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarında medal şansını itirib

Azərbaycan avarçəkəni Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti yarışını keçirib.

1/4 finalda mübarizə aparan təmsilçimiz Aureliya-Maksima Katarina Yanzen (İsveçrə), Emma Tviq (Yeni Zelandiya), Virciniya Dias Rivas (İspaniya), Yovana Arsiç (Serbiya) və Coani Delqado (Filippin) ilə yarışıb.

O, qrupda 4-cü olaraq medal şansını itirib. Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Diana mübarizəyə 3-cü qrupda, birinci zolaqda başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =