ABŞ-nin keçmiş prezidenti Donald Tramp Fransanın paytaxtı Parisdə baş tutan Olimpiya Oyunlarının açılış mərasimini tənqid edib.
Tramp Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırdı
Siyasətçi bu barədə “FoxNews”a müsahibəsində açıqlama verib.”Mən kifayət qədər obyektiv adamam. Siz məni əksər insanlardan daha yaxşı tanıyırsınız. Amma mənim fikrimcə, onların etdikləri biabırçılıq idi”, – deyə Donald Tramp xristianlara qarşı hörmətsizliyi nəzərdə tutaraq qeyd edib.Xatırladaq ki, iyulun 26-da Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi olub. Açılış mərasimində xristianların dini hissləri təhqir olunub, peyğəmbər İsa Məsihin etikadankənar obrazı yaradılıb.