“Son şam yeməyi” çinliləri ayağa qaldırdı

“Son şam yeməyi” çinliləri ayağa qaldırdı

Paris Olimpiadasının açılış mərasimi Çin sosial şəbəkələrində də böyük qəzəblə qarşılanıb. Belə ki, “Sonuncu şam yeməyi” səhnəsində xəyanətkarlardan biri roluna çinli qız uşağı cəlb olunub.

İstifadəçilər Yəhudanın yerində sarı paltarlı çinli qızın oturmasına qəzəbləniblər.

Onların fikrincə, belə münasibət ictimaiyyətin çinlilərə qarşı qərəzini gücləndirir. Qızın koreyalı, yaxud yapon ola biləcəyi barədə fikirlərə isə artistin saçının ənənəvi Çin saç düzümündə olması göstərilib.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi qalmaqal yaradıb. Nəticədə Beynəlxalq Olimpiya Komitəsi bəzi səhnələrə görə üzr istəməli olub. 

Screenshot_5.png (640 KB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − four =