Qətərin Baş naziri: İsrail-Həmas danışıqlarının gələcəyi sual altındadır

Qətərin Baş naziri: İsrail-Həmas danışıqlarının gələcəyi sual altındadır

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani HAMAS-ın siyasi rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrail və HAMAS arasında gələcək vasitəçiliyin uğuruna şübhə ilə yanaşıb.

Bu barədə İsrail və Həmas arasında vasitəçilik səylərinə rəhbəlik edən Qətər Baş naziri “X” hesabında paylaşım edib.

“Danışıqlar davam edərkən Qəzzada mülki şəxslərin hədəfə alınması və siyasi sui-qəsdlər bizi belə bir sual ətrafında düşünməyə vadar edir ki, bir tərəf digər tərəfdəki müzakirəçini qətlə yetirdikdə vasitəçilik necə uğur qazana bilər? Sülh üçün ciddi tərəfdaşlar lazımdır”, – o yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =