Keçmiş MKİ zabiti: Haniyənin öldürülməsi Amerika və İngiltərənin dəstəyi ilə həyata keçirilib
Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təqaüdçü zabiti HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin şəhadətini qırmızı xətti keçmək kimi qiymətləndirərək bu sui-qəsdin Böyük Britaniya və Amerikanın dəstəyi ilə həyata keçirildiyini deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Larri Conson bu gün (31 iyul) deyib: Bunu ona görə deyirəm ki, bizdə də ABŞ və İngiltərə hərbi gəmilərinin Aralıq dənizinə doğru hərəkət etdiyinə dair məlumatlar var. Regiondakı gərginlik aprel ayında İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra baş verənlərdən daha yüksəkdir.
Conson sonra deyib: İran aprel hücumuna cavab olaraq İsrailə çox açıq mesaj göndərdi və gələcəkdə hər hansı bir gərginlik yaradan hərəkətin reaksiyası ilə qarşılanacağını bildirdi. İndi Hizbullah və İran təxribata məruz qalıb, İsrail isə hər hansı mümkün hücuma qarşı müqavimət gücünü hesablayır.