Braziliya Həniyyənin şəhid edilməsi və İranın ərazi bütövlüyünün açıq şəkildə pozulmasını pislədi

Braziliya Həniyyənin şəhid edilməsi və İranın ərazi bütövlüyünün açıq şəkildə pozulmasını pislədi

Braziliya HƏMAS liderinin Tehranda terror edilməsini qətiyyətlə pisləyərək bunu “İranın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması” kimi qəbul etdiyini vurğulayıb.

İRNA-nın verdiyi məlumata görə, Braziliya Xarici İşlər Nazirliyi dünən gecə (31 iyul) yaydığı bəyanatda elan edib: İranın suverenliyi və ərazi bütövlüyünün aşkar şəkildə pozulması BMT Nizamnaməsinin prinsiplərinin açıq şəkildə pozulmasıdır.

Braziliya XİN-i Qəzzada dərhal atəşkəsə çağıraraq bu cür zorakılıqların  “Qəzza münaqişəsinin siyasi həlli ehtimalını daha da azaltdığını qeyd edərək bildirib: İsrail və Livan arasındakı gərginliyi “böyük narahatlıqla” izləyir, beynəlxalq ictimaiyyəti “dialoqu təşviq etmək və hərbi əməliyyatların eskalasiyasını cilovlamaq üçün hər cür səy göstərməyə” çağırırıq.

Braziliya hökuməti 30 iyulda digər bir bəyanatda İsrailin Livanın cənub ətrafına hücumunu pisləmişdi.

Xatırladaq ki, Braziliya ilə sionist rejim arasında münasibətlər son aylarda gərginləşib. Bu ölkə prezidenti Luiz İnasio Lula da Silva İsraili Qəzzada soyqırım törətməkdə ittiham edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eight =