İran səfiri: İsmail Həniyyənin qətli ABŞ-ın icazəsi və kəşfiyyat dəstəyi olmadan baş verə bilməzdi

İran səfiri: İsmail Həniyyənin qətli ABŞ-ın icazəsi və kəşfiyyat dəstəyi olmadan baş verə bilməzdi

İranın BMT-dəki səfiri Təhlükəsizlik Şurasının iclasında İsmayil Həniyyənin terroru ilə bağlı deyib: Bu dəhşətli cinayətdə strateji müttəfiq və İsrail rejiminin regionda əsas dəstəkçisi kimi ABŞ-ın məsuliyyətinə göz yummaq olmaz. Çünki bu terrir ABŞ-ın icazəsi və kəşfiyyat dəstəyi olmadan baş verə bilməzdi.

İRNA-nın verdiyi məlumata görə, Əmir Səid İrvani yerli vaxtla dünən axşam (31 iyul) BMT Təhlükəsizlik Şurasının “Yaxın Şərqdəki vəziyyət” mövzusunda iclasında deyib: İran bu mənfur terror aktını mümkün olan ən sərt formada beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ciddi şəkildə, həmçinin İranın suverenliyi və milli təhlükəsizliyinin pozulması kimi qiymətləndirir.

İrəvani həmçinin vurğulayıb: Kifayət qədər təxribatçı olan bu terror təcavüzü təhlükəsizliyin ciddi şəkildə pozulması deməkdir və İran BMT Təhlükəsizlik Şurasının nizamnaməyə əsaslanan vəzifələrini yerinə yetirmək üçün təcili və təsirli addım atmasını tələb edir.

Təəssüf ki, ABŞ bir daha reallığa göz yummağa və mövcud vəziyyətin köklərinə məhəl qoymamağa qərar verdi. Həmas kimi Fələstin müqavimət qrupları və bölgədəki digər müqavimət qrupları terrorçu deyil. Beynəlxalq hüquqa görə onlar legitim və hüquqi qruplardır, işğala və təcavüzə qarşı mübarizə aparmaq üçün yaradılıblar – deyə Səid İrəvani sözlərinə xitam verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =