İran müqaviməti daha qətiyyətlə dəstəkləməyə davam edəcək
İran İslam Respublikası prezidenti terror aktlarının sionistlərin düşdüyü çıxılmaz vəziyyətdən qaynaqlandığını hesab edərək bildirib ki, İranın Rəhbərliyi, xalqı və hökuməti məzlum Fələstin xalqına dəstəkdən əl çəkməyəcək və müqavimət mehvərinə, xüsusilə Fələstin xalqına və məzlum Qəzzə xalqına daha böyük əzm və qətiyyətlə dəstək verməyə davam edəcək.
Məsud Pezeşkian Tehranda prezidentin andiçmə mərasimində şəhid İsmayıl Həniyyəni müşayiət edən HƏMAS-ın ərəb əlaqələri üzrə rəsmisi və Qəzzədəki siyasi ofisinin müavini Xəlil Əl-Həyyə ilə telefon danışığı zamanı deyib: “Əziz qardaşımız şəhid İsmayıl Həniyyə İran İslam Respublikası prezidenti və hökumətinin rəsmi qonağı idi və həmin məsələ onun şəhadətinin ağrılarını İran xalqı üçün ikiqat edir.
Pezeşkian, həmçinin sionist rejimin bütün siyasətlərində uğursuzluğa düçar olduğunu, buna görə də, bu cür terror tədbirlərinin sionistlərin düşdüyü çətin vəziyyətin nəticəsi olduğunu vurğulayaraq, deyib: “İranda Rəhbər, xalq və hökumət müqaviməti və məzlum Fələstin xalqını dəstəkləməkdən nəinki bir zərrə qədər də vaz keçməyəcək, əksinə müqavimət mehvərini, xüsusilə Fələstin xalqını və məzlum Qəzzə xalqını daha qətiyyətlə dəstəkləməyə davam edəcək.
Xəlil Əl-Həyyə də telefon danışığında prezident Pezeşkianın verdiyi başsağlığı mesajına, habelə andiçmə mərasimində Fələstin məsələsi ilə bağlı dəqiq və prinsipial çıxışına görə təşəkkürünü bildirib.
Əl-Həyyə deyib: “İran İslam Respublikası müqavimət mehvərinin əsas dəstəkçisi və fələstinlilərin daimi tərəfdarıdır. İsmayıl Həniyyənin Tehranda şəhadəti Uca Allahın hikməti və məsləhəti idi ki, bu müqavimət mehvərinin üzvlərinin bir-birinə bağlılığını və birliyini bir daha nümayiş etdirsin”
O, şəhid Həniyyənin Tehranda iki dəfə şəhid Süleymani və şəhid Rəisinin dəfn mərasimlərində iştirak etdiyinə diqqət çəkərək, deyib: Bu gün bu əziz Ali Məqamlı Rəhbər cənazə namazı qıldıqdan sonra əziz İran xalqının çiyinlərində müşayitə olunur, bundan sonra da Qətər xalqının çiyinlərində çüşayiət olunacaq ki, həyatı boyu İslam ümməti, şiələr və sünnilər arasında birlik yaratmaq üçün arzu etdiklərinə nail olsun.