Əl Əqsa məscidinin xətibi İsmail Həniyyəyə dua etdiyi üçün həbs edildi
Sionist işğalçı qüvvələr Əl Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Səbrini həbs etdi.
Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin 7-ci telekanalı bu xəbərdən öncə Daxili İşlər Nazirinin Məscidül-Əqsada şəhid İsmayıl Həniyənin ruhuna dualar oxuduğu üçün Şeyx Əkrəmə Səbrinin məsciddə xətib olma müddətinin ləğvini tələb etdiyi barədə məlumat yayımlamışdı.
Məlumata görə Şeyx Əkrəbə Səbri cümə namazında İsmail Həniyyə və digər şəhidlərin ruhuna dua etmiş, onların qatillərinin cəzalandırılmasını istəyib.
Şeyx Əkrəmə Səbrinin vəkili Həmzə Qutine deyib: Məscidül-Əqsa xətibi Qüds şəhərinin “Əs-Səvane” məhəlləsində İsrail əsgərləri tərəfindən evinin mühasirəyə alınmasından sonra həbs edilib.