Tehranın hava limanı İrana uçuşlarının ləğvi ilə bağlı xəbərləri təkzib edib

Tehranın hava limanı İrana uçuşlarının ləğvi ilə bağlı xəbərləri təkzib edib

Tehranda İmam Xomeyni adına hava limanının baş direktoru Səid Çələndəri Türkiyə aviaşirkətlərinin İrana uçuşlarının ləğvi ilə bağlı xəbərləri təkzib edib.

Bu barədə “Mehr” agentliyi bildirib.

Onun sözlərinə görə, Türkiyədən İrana və əks istiqamətdə uçuşlar normal, “Turkish Airlines” aviaşirkətinin reysləri qrafik üzrə həyata keçirilir: “Bu şirkətin yalnız iki reysi səhərə dəyişdirilib”.

Bundan əvvəl “Aegean Airlines” aviaşirkəti İsrailə və əks istiqamətdə bütün uçuşları qeyri-müəyyən müddətə ləğv etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − six =