“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib

“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib

Livanın “Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər.

Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib.

“Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var”, – məlumatda qeyd olunub.

Bildirilib ki, bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavabdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 8 =