Şoyqu Tehrana gedib
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana gedib.
Səfər çərçivəsində bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub.
Belə ki, S.Şoyqu adı çəkilən ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq. İran Prezidenti Məsud Pezeşkinanın da Şoyqunu qəbul edəcəyi vurğulanıb.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi – təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər məsələlər müzakirə olunacaq.