Boşqabdakı düşmən – Ağılı kütləşdirən yemək

Boşqabdakı düşmən – Ağılı kütləşdirən yemək

Çox adamların ənənəvi səhər yeməyi demensiya riskini 15% artırır.

Filadelfiyanın Alsheymerlə Mübarizə Assosiasiyasının alimləri yeni tədqiqatda səhər yeməklərini araşdırıb.

Tədqiqat 40 il davam edib.

Alimlər 100 min insanı 40 il ərzində izləyib.

Onların səhər qidalanması ilə əqli vəziyyəti arasında əlaqəni təhlil ediblər.

Qərbdə klassik səhər yeməyində bekon, vetçina, hazırda isə kolbasalı sendviçlər dəbdədir.

Alimlər məhz bekonu demensiyada əsas rol oynayan təhlükəli qida hesab edib.

Xüsusən yağda, qrildə qızardılmış,üzərinə yumurta vurulan bekon yeyənlərdə demensiya riski yeməyənlərə nisbətdə 15% artır.

Hətta həftədə cəmi 2 pors belə bekon və ya sendviç kifayətdir ki, beyinə neqativ təsirini göstərsin.

Alimlər bekonu iltihab əleyhinə qidalarla əvəz etməyi tövsiyə edir: lobya, göyərti, qoz, fındıq.

Səhər ət yemək olar, amma o qızardılmış və termiki işlənmiş olmamalıdır. Demensiyadan qorunmaq üçün ümumiyyətlə, rasiondan sosis, bekon, kolbasa, hisə verilmiş qidalar çıxarılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 20 =