ABŞ işğalçı rejimin müdafiə olunmasının vacibliyini vurğuladı

ABŞ işğalçı rejimin müdafiə olunmasının vacibliyini vurğuladı

Qərbi Asiyada gərginliyi azaltmağa çalışdığını iddia edən ABŞ dövlət katibi Vaşinqtonun bölgədəki müqavimət qruplarına qarşı hərbi əməliyyatında İsrailə dəstək olacaqlarını vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ-ın dövlət katibi Antoni Blinken bu gün səhər (7 avqust) Vaşinqtonun sionist rejimin fələstinlilərə qarşı cinayətləri və Qərbi Asiya ölkələrinə qarşı təcavüzünə dəstək siyasətinin davam etdirilməsini bir daha diqqət mərkəzinə çəkib.

Məlumata görə, Antoni Blinken avstraliyalı həmkarı ilə danışıqlardan sonra mətbuat konfransı zamanı iddia edib: Biz Yaxın Şərqdə gərginliyi azaltmaq və münaqişənin artmasının qarşısını almaq üçün əlimizdən gələni edirik.

Associated Pressin məlumatına Blinken deyib: Biz regional tərəfdaşlarla və ondan kənarda daim təmasda olduğumuz zaman onların regionda gərginlik istəmədiklərini eşitmişik.

ABŞ dövlət katibi iddiasına davam edib: Səhv hesablamalardan qaçmaq və atəşkəs müzakirələrini davam etdirmək lazımdır. Biz müttəfiqlərlə intensiv əlaqələrimizdə bu mesajı İran və İsrailə də çatdırmışıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + thirteen =