Pezeşkian: Qərb ölkələri İsrailə dəstəyi dayandırmalıdır

Pezeşkian: Qərb ölkələri İsrailə dəstəyi dayandırmalıdır

İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı regionda təhlükəsizliyi təmin etmək üçün Qərb ölkələrinin İsrailə dəstəyinin dayandırılmalı olduğunu deyib.

İRNA-nın məlumatına görə, İran prezidenti Məsud Pezeşkiyan və Fransa prezidenti Emmanuel Makron telefonda regional məsələləri müzakirə ediblər.

“Qərb ölkələri bölgədəki təhlükəsizlik probleminin qarşısını almaq istəyirlərsə, dərhal İsrailə dəstəyi dayandırmalıdırlar”, – deyə Pezeşkian danışıq zamanı bildirib.

İranın xarici işlər nazirinin müavini Əli Baqiri də İranın İsrailin təcavüzünün qarşısını almaq üçün qanuni müdafiə hüququndan istifadə edəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − sixteen =