Türkiyədə məşhur onlayn oyun platformasına giriş bloklandı

Türkiyədə məşhur onlayn oyun platformasına giriş bloklandı

Türkiyədə məşhur onlayn oyun platforması Roblox-a girişi bloklayıb.T

Bu barədə Türkiyə Texnologiya və Kommunikasiya Şurasının internet saytında məlumat verilib.

Platformaya giriş avqustun 7-də Adana şəhərinin cinayət məhkəməsinin qərarı ilə bağlanıb. Hökmün səbəbləri açıqlanmır.

Yerli mətbuatın yazdığına görə, “Roblox Corporation” tərəfindən hazırlanan və uşaqlar üçün uyğun olmayan məzmunu ilə zaman zaman tənqid edilən onlayn oyun platforması “Roblox”un bağlanacağı iddiaları uzun müddətdir davam edirmiş. Xüsusilə, “You Tube”da yayımlanan oyunun parodiya videolarının uşaqların psixoloji inkişafına verdiyi zərər müzakirə edilirdi.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Meta” şirkətinə məxsus “Instagram” sosial şəbəkəsinə giriş də bağlanıb. Türkiyə hakimiyyəti bu qərarın “Instagram”ın sosial şəbəkələrdən istifadə ilə bağlı yerli qanunvericiliyin tələblərini pozması ilə əlaqədar verildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =