HƏMAS: Məscidül-Əqsa xətibinə qoyulan qadağalar onun Qüdsün yəhudiləşdirilməsinə qarşı mövqeyi ilə bağlıdır

HƏMAS: Məscidül-Əqsa xətibinə qoyulan qadağalar onun Qüdsün yəhudiləşdirilməsinə qarşı mövqeyi ilə bağlıdır

Həmas sionist rejimin Şeyx İkramə Səbrinin Məscidül-Əqsaya girişinə qoyulan qadağaya reaksiya verərək bunun  Qüds və Məscidül-Əqsanın yəhudiləşdirilməsi hərəkatlarına qarşı intiqam xarakterli mövqeyindən mənşələnən bir qərar olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmas bu gün (8 avqust) bəyanat yayaraq elan edib: İşğalçıların Şeyx İkramə Səbrinin 6 ay ərzində Məscidül-Əqsaya daxil olmasına mane olmaq qərarını şiddətlə qınayır, bunun Şeyx İkramə Səbri və onun Qüds və Məscidül-Əqsanı yəhudiləşdirən hərəkatlara qarşı mövqeyindən asılı olduğuna inanırıq.

Həmas həmçinin bu bəyanatda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasından yəhudiləşdirmə hərəkətlərinə qarşı ciddi tədbir görməsini istəyib.

Qeyd edək ki, bir neçə saat əvvəl Şeyx Səbrinin vəkili Xalid Zəbarqa verdiyi açıqlamada belə elan etmişdi: İsrail polisi Məscidül-Əqsa xətibinin İsmayıl Həniyyə haqqında çıxışından sonra matəm səbəbilə məscidə və onun həyətlərinə gəlişinə qadağa qoydu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 11 =