Amerika və İngiltərə yenidən Qərbi Yəmənə hücum etdi

Amerika və İngiltərə yenidən Qərbi Yəmənə hücum etdi

Yəmən xəbər mənbələri ABŞ-İngiltərə koalisiyasının bir daha Yəmənin qərbini hədəf aldıqlarından xəbər verir.

İRNA-nın verdiyi məlumata görə, ABŞ və Böyük Britaniyanın təcavüzkar koalisiyası bu gün (9 avqust) Yəmənin qərbində yerləşən Hudeydə əyalətinin əl-Səlif şəhərini 2 dəfə bombalayıb.

Bu hücumun mümkün itkiləri ilə bağlı heç bir məlumat dərc edilməyib.

Son aylarda Yəmənin müxtəlif bölgələri dəfələrlə ABŞ və İngiltərənin təcavüzkar hücumlarının hədəfinə çevrilib. Bu hücumlar Yəmənə təzyiq göstərmək üçün sionist rejimə qarşı tətbiq edilən dəniz blokadasını dayandırmaq məqsədi ilə həyata keçirilir.

Xatırladaq ki, Yəmən ordusu Qəzzada Əl Əqsa Tufanı əməliyyatından sonra Fələstin xalqına dəstək məqsədilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında işğalçı Qüds rejim istiqamətində gedən gəmiləri hədəfə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =