BMT: İsrailin son təxliyə əmrindən sonra minlərlə fələstinli Qəzzanın qərbinə qaçır

BMT: İsrailin son təxliyə əmrindən sonra minlərlə fələstinli Qəzzanın qərbinə qaçır

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin son təxliyə əmrindən sonra minlərlə fələstinlinin Qəzzanın qərbinə qaçdığını bildirib.

BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq mətbuat konfransında Qəzzada humanitar vəziyyətlə bağlı son hadisələri jurnalistlərlə bölüşüb.

“BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) bildirir ki, bu sahədəki tərəfdaşlarımız minlərlə insanın qərbə, Əl Məvasiyə doğru qaçdığını müşahidə ediblər”, – deyəo bildirib.

İsrail ordusunun bu gün səhər saatlarında yeni təxliyə əmri verdiyini xatırladan Haq, ilkin hesablamalara görə, 30-dan çox məhəllənin olduğu bölgədə 15 min 500-dən çox insanın zərər çəkdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − two =