Kanada Qəzzada dərhal atəşkəsə çağırıb

Kanadanın baş naziri Misir, Qətər və ABŞ-ın sionist rejim və HƏMAS arasında razılığa gəlmək üçün vasitəçilik səylərini alqışlayıb və Qəzzada atəşkəs dərhal istəyib.
İRNA-nın verdiyi məlumata görə, Castin Trüdo X sosial media hesabında yazdığı mesajda Vaşinqton, Doha və Qahirənin vasitəçilik səylərini dəstəklədiyini bəyan edərək yazıb: İsrail və HƏMAS arasında atəşkəsə nail olmaq üçün razılaşma ABŞ, Misir və Qətərin rəhbərliyi altında əldə edilə bilər.
Trüdo daha sonra vurğulayıb: Kanada bu üç ölkənin girovları azad etmək, Qəzzada humanitar böhrana son qoymaq və sülh yoluna qayıtmaq səylərini tam dəstəkləyir.
Qeyd edək ki, ABŞ, Misir və Qətər avqustun 8-də verdiyi bəyanatda İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə atəşkəs üçün danışıqları bərpa etməyə dəvət ediblər.
Bəyanatda deyilir: Atəşkəs sazişinin bağlanması və girovların azad edilməsinin vaxtı çatıb. Üç ölkədən ibarət heyətin aylarladır yorulmaz səyləri nəticəsində hazırladığımız layihə indi hazırdır.