Reuters: Sanksiyalara baxmayaraq, İran öz nefti üçün yeni müştərilər tapıb

Reuters: Sanksiyalara baxmayaraq, İran öz nefti üçün yeni müştərilər tapıb

“Reuters” xəbər agentliyi gəmiçilik mənbələrinə istinad etdiyi hesabatda İranın sanksiyalara rəğmən, öz nefti üçün yeni müştərilər tapdığından xəbər verib.

İRNA-nın bu gün (10 avqust) verdiyi xəbərə görə, Reuters bu xəbərdə iddia edib: İrana qarşı sanksiyaların davam etməsinə baxmayaraq, Tehran öz xam neftini satmaq üçün Banqladeş və Oman kimi müştərilər cəzb edə bilib.

Reuters agentliyinin məlumatına görə, neft satışı İranın əsas gəlir mənbəyidir və ölkə ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ildə BƏRCAM-dan çıxdıqdan sonra İranın xam neft ixracına tətbiq etdiyi sanksiyalardan yan keçməyin yollarını axtarır.

Reuters xəbərinin davamında İran 2018-ci ildən bu yana eyni dövrlə müqayisədə bu ilin mart-may ayları arasında (2024-cü il) üç aylıq dövrdə neft ixracatında ən yüksək ixrac göstəricisinə nail olduğunu da qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 5 =