Bayden: Yaxın Şərqdəki vəziyyət regional müharibəyə çevrilə bilər
Yaxın Şərqdə baş verənlər regional müharibəyə çevrilə bilər, lakin Qəzza zolağında atəşkəs hələ də mümkündür.
Bunu ABŞ Prezidenti Cozef Bayden CBS televiziyasına müsahibəsində deyib.
“Bəli. Qəzzada atəşkəs hələ də mümkündür”, – dövlət başçısı Qəzzada atəşkəsin mümkünlüyü barədə suala cavabında bildirib.
O qeyd edib ki, “Yeddilik Qrupu”, BMT Təhlükəsizlik Şurası və digərləri tərəfindən bəyənilən atəşkəs planı hələ də qüvvədədir.