Washington Post: ABŞ İranın cavabından ehtiyat edir

Washington Post: ABŞ İranın cavabından ehtiyat edir

Washington Post qəzeti İsrail və İranın müharibəyə yaxınlaşdığı bölgədə ABŞ-ın “ip gəzdiyini” yazıb.

Washington Post qəzetində yüksək səviyyəli diplomatik müxbir David İqnatiusun imzaladığı xəbərdə, “İsrail və İranın Yaxın Şərqdə heç birinin istəmədiyi bir münaqişəyə yaxınlaşdıqları nazik bir kəndir üzərində getdiyi” ifadə edildi.

Xəbərdə qeyd olunub ki, prezident Co Bayden administrasiyası Qəzzada gərginliyi azaltmağa çalışsa da, vəziyyət getdikcə daha təhlükəli olur.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran üzrə keçmiş analitiki Norman Roule, regionun görünməmiş həssaslıq səviyyəsində olduğunu qeyd edərək, “Hazırda bir çox qırmızı göstərici işıqları yanıb-sönür” dedi.

Bayden administrasiyası BMT Təhlükəsizlik Şurası, G7 və Körfəz ölkələri tərəfindən dəstəklənən Qəzzada atəşkəs əldə etməyə çalışır.

“Lakin İsrailin baş naziri Binyamin Netanyahu bu hədəfin real olmadığına dair xəbərdarlıqlara baxmayaraq, bütün diqqətini Qəzzada “mütləq qələbəyə” nail olmağa cəmləyib”, – xəbərdə deyilir.

Xəbərdə Vaşinqtonun diplomatiyanın uğursuzluqla nəticələnəcəyi təqdirdə mümkün hərbi əməliyyata hazır olduğu dəyərləndirilib və belə davam edib:

“Pentaqon bölgəyə iki təyyarədaşıyan və bir neçə raket esminesi də daxil olmaqla əhəmiyyətli bir qüvvə yerləşdirib. Lakin rəsmilər İranın Hizbullah və digər etibarlı qüvvələrlə koordinasiyada öz taktikasını ABŞ və İsrail müdafiəsini yan keçmək üçün uyğunlaşdırdığından narahatdırlar.”

Xəbərdə ABŞ-ın hər iki tərəfdən ölçülüb-biçilmiş cavab verməsini gözlədiyi, lakin eskalasiya riskinin böyük olduğu bildirilib.

Roule vurğuladı ki, region “müəyyən bir vəziyyətə düşüb” və ABŞ-ın bunun qarşısını almaq səylərinə baxmayaraq, münaqişəyə cəlb oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =