Kuril səyahətçiləri Ebeko vulkanında tarixi anı lentə aldılar – Video

Kuril səyahətçiləri Ebeko vulkanında tarixi anı lentə aldılar – Video

“KURIL BAND” adlı səyahətçi qrupu tarixi bir hadisənin şahidi olub.

Belə ki, Ebeko vulkanında yeni aktiv krater əmələ gəlib və hazırda da buradan püskürmələr davam edir.

Kraterin yaranması anını lentə alan səyahətçilər bununla bağlı videogörüntüləri öz sosial şəbəkələrində paylaşıblar.

“Yəni faktiki olaraq, bizim sevimli vulkanımızda hazırda iki aktiv krater var. Biz hələ də gördüklərimizdən şokdayıq”, – deyə onlar qeyd ediblər.

Xatırladaq ki, hündürlüyü 1156 metr olan Ebeko vulkanı Şimali-Kurilsk şəhərindən 7 km şimal-qərbdə, Vernadski silsiləsinin şimal hissəsində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 11 =