Hizbullah işğalçıların mövqelərini bombalayıb

Hizbullah işğalçıların mövqelərini bombalayıb

 İsrail mediası Livandan Cəliliyyə məntəqəsində, Meron şəhəri və ətrafına doğru onlarla raket atıldığından xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livandan Marun bölgəsi və ətrafı da daxil olmaqla işğal olunmuş Fələstinin şimalına doğru 50-yə yaxın raket atıldığını elan edib.

Məlumata görə, “Marun” bölgəsində güclü partlayışlar sionist sakinləri dəhşətə gətirib və xəbərdarlıq sirenlərinin səsi Əl-Cəlil bölgəsini bürüyüb.

Livanın İslami müqaviməti bəyanat yayaraq elan edib: İşğalçı ordunun “Cebel Niriya” bazasının “Baraşit” kəndinə hücumuna cavab olaraq “Qolani” briqadasının komanda qərargahı “Katyuşa” raketləri ilə hədəfə alındı.

Xatırladaq ki, dünən axşam (13 avqust)  Livan mənbələri bu ölkənin cənubunda Baraşit kəndi ilə Beyt Yahon kəndi arasında bir avtomobilə pilotsuz uçan aparatla hücum edildiyini bildiriblər.

Hizbullahın son 312 gündə Qəzza cəbhəsinə dəstək məqsədi ilə həyata keçirdiyi hücumlar işğal altındakı Fələstinin şimalında və Cəliliyyə  bölgəsində onlarla sionist yaşayış məntəqəsinin boşaldılmasına və eyni zamanda işğalçıların böyük maddi itkilərə məruz qalmasına səbəb olmaqdan əlavə, dəqiq raket və dron hücumları İsrail media dairələrini şoka salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + eight =