Kənani: İsrail rejimi Fələstin xalqının və İslam dünyasının dini emosiyalarını incitməyə çalışır

Kənani: İsrail rejimi Fələstin xalqının və İslam dünyasının dini emosiyalarını incitməyə çalışır

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani qondarma İsrail rejiminin nazirlər kabinetinin iki naziri və bir qrup sionist mühacirin Məscidül-Əqsaya qanunsuz daxil olmalarını kəskin şəkildə pisləyib.

Kənani bu cür təxribatçı hərəkətləri sionistlərin bölgədə gərginlik və iğtişaşlar yaymaq iradəsinin daha bir bariz nümunəsi hesab edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi bu pis əməli danılmaz fakt kimi qiymətləndirib ki, İsrail rejiminin rəhbərləri Fələstin müsəlman xalqının və İslam dünyasının dini hisslərini incitməklə özlərinin müharibə alovunu alovlandırmaq niyyətindədirlər.

Diplomatik xidmətin sözçüsü sionist cinayətkarları dəstəkləyən Amerika və bəzi qərb ölkələrinə xitabən bildirib ki, əgər Qərbi Asiya regionunun təhlükəsizliyi və sabitliyindən narahat olduqlarına dair iddialarında doğrudurlarsa, ən qısa zamanda cinayətkar sionist rejimi cilovlasınlar və Qəzzə zolağında soyqırımı və bu azğın rejimin Fələstində və regional səviyyədə macəralarına son qoysunlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 9 =