İsrail Qəzzada atəşkəs üzrə danışıqlarda iştirak edəcəyini açıqlayıb

İsrail Qəzzada atəşkəs üzrə danışıqlarda iştirak edəcəyini açıqlayıb

HAMAS imtina etsə belə, biz Qəzzada vəziyyətin nizamlanması üzrə danışıqlarda iştirak edəcəyik.

“inn.co.il” portalının xəbərinə görə, bunu İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser bildirib:

“Biz bu danışıqlarda iştirak etməkdə qərarlıyıq, çünki görüşün uğurla nəticələnməsini istəyirik. Girovların azad edilməsi üçün əlimizdən gələni etsək də, HAMAS hər dəfə yeni şərtlər irəli sürür və yekun razılaşmanın imzalanmasına mane olur”.

Qeyd edək ki, İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bir qədər əvvəl açıqlama verərək, tərəflər arasında müzakirələrin avqustun 15-də Qətərin ev sahibliyi ilə təşkil olunacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =