Mahmud Abbas bu gün Türkiyəyə gedəcək, parlamentdə çıxış edəcək

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bu gün Türkiyəyə gələcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) quruluşunun 23-cü ildönümi münasibətilə rəsmi mərasimdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Mahmud Abbas sabah Türkiyə Böyük Millət Məclisində çıxış edəcək.